Zuğulbada meyiti tapılan şəxsin kimliyi məlum oldu


Digərləri 22 İyl 2019 09:35:00 228 0

Zuğulbada meyiti tapılan şəxsin kimliyi məlum oldu

"Zuğulba" çimərliyində meyiti tapılan şəxsin kimliyi məlum olub

Bakı. Elçin Mehdiyev - "Zuğulba" çimərliyində meyiti tapılan şəxsin kimliyi məlum olub. Trend-in məlumatına görə, 18 oktyabr 1997-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Xaritonov Andrey Aleksandroviç iyulun 21-də təxminən saat 16 radələrində dostları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Zuğulba” çimərliyində dənizdə üzərkən ehtiyatsızlıq edib suda boğularaq ölüb. Məlumatla əlaqədar olaraq istintaq-əməliyyat qrupu yaradılaraq meyit hal şahidlərinin iştirakı ilə ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilib, Andrey Xaritonovun meyiti ölüm səbəbinin müəyyən edilməsi məqsədilə daxili və xarici müayinə edilməsindən ötrü MTE və PA Birliyinin Xəzər rayon şöbəsinə təqdim edilib.