Bakının bu ərazilərində işıq olmayacaq


Digərləri 22 İyl 2019 09:28:00 202 0

Bakının bu ərazilərində işıq olmayacaq

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.