Zuğulbada batan şəxsin meyiti tapılıb


Digərləri 22 İyl 2019 08:33:00 210 0

Zuğulbada batan şəxsin meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Xəzər rayonu, Zuğulba sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.