Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb


Dünya 22 İyl 2019 08:12:00 225 0

Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, artıq seçkilərin yekunlarına dair milli "exit-poll"un nəticələri də açıqlanıb.

İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə "Həyat uğrunda - müxalifət platforması" gedir 11,5% səslə.

Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.