Gəncə vağzalında iki vaqon yanıb


Digərləri 22 İyl 2019 08:07:00 213 0

Gəncə vağzalında iki vaqon yanıb

Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqon yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kəpəz rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb.

Yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.