Süni göldə 1 nəfər batıb, axtarış aparılır


Digərləri 22 İyl 2019 07:21:00 232 0

Süni göldə 1 nəfər batıb, axtarış aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Gülməmmədli kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.