Eddi Mörfi stendapkomediya janrına qayıtmağa hazır olduğunu bildirib


Digərləri 22 İyl 2019 06:30:00 267 0

Eddi Mörfi stendapkomediya janrına qayıtmağa hazır olduğunu bildirib

Amerika aktyoru və komiki Eddi Mörfi stendap-komediya janrında çıxışlara qayıtmağa hazır olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mörfi öz niyyətini "Netflix" striminq servisində yayımlanan "Comedians in Cars Getting Coffee" ("Komiklər qəhvə axtarışında sükan arxasında") verilişi çərçivəsində yumorist Cerri Saynfeldə müsahibəsində açıqlayıb.

E.Mörfi vurğulayıb ki, dəfələrlə solo yumoristik çıxışlara qayıtmaq barədə düşünüb. 58 yaşlı aktyor aparıcının müvafiq sualına cavabında deyib: "Mən yenidən bununla məşğul olacağam. İstəyirəm ki, bütün işlər yağ kimi getsin. Bunun üçün özümü toplamaq və hazırlaşmağa başlamaq lazımdır".

TMZ portalı iyulun 19-da mənbəyə istinadla yazıb ki, Mörfi "Netflix" üçün bir neçə eksklüziv tamdəyərli stendap-çıxış yazmaq üçün bu servislə danışıqlar aparır. Portalın məlumatına görə, "Netflix" ilə müqavilə imzalayacağı təqdirdə artistin qonorarı 70 milyon dollara çata bilər.

E.Mörfi 1961-ci il aprelin 3-də Nyu-Yorkda anadan olub. Afroamerikalı uşaqlıqdan artistlik istedadı nümayiş etdirib. Yeniyetmə yaşlarında gənc yumoristlərin çıxış etdikləri müxtəlif klublarda çalışıb. 1980-ci ildə o, ABŞ-da populyar olan şoulardan birinə - "Şənbə axşamı birbaşa efirdə" teleşousuna dəvət edilib və çox məşhurlaşıb.