Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib FOTO


Digərləri 21 İyl 2019 23:59:00 329 0

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib  FOTO

Ölkəmizin paytaxtı "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir.

Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.