İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?


Digərləri 21 İyl 2019 23:10:00 253 0

İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?

İş təcrübəniz az olsa da bu sizin üçün avantajlı ola bilər. Müraciət etdiyiniz və ya çox işləmək istədiyiniz bir şirkətin, HR mütəxəssisi ilə görüşməzdən öncə paylaşdığımız önəmli nüansları oxuyun və təcrübəniz olmadan da bir şirkətə necə faydalı ola bilməyin yollarını öyrənin! Hər hansı bir işi qazanıb-qazanmamanız məhz öz əllərinizdə olan bir şansdır.

İş təcrübəsi az olan bir namizəd olaraq işə götürülməyiniz üçün 4 səbəb:

ASANLIQLA UYĞUNLAŞA BİLƏRSİNİZ

Son.az gencaile.az-a istinadən bildirir ki, əvvəla siz, işinə illərini vermiş, ixtisaslaşmış bir işçinin məlumat toplusunun verdiyi dezavantaja sahib deyilsiniz. Əksinə, şirkətin məqsədləri əsasında formalaşacaq potensial bir işçisiniz.

Yeni işçinin şirkətin idarəçiliyi barəsində fikir səsləndirməsi, xüsusilə də tənqid qəbul etməyən bir menecerin qəbul etmədiyi şeydir. Bu zaman keçmişdən nümunə verməyiniz mümkün olmadığına görə, siz işəgötürənlər üçün daha uyğun işçi hesab edilirsiniz.

KİFAYƏT QƏDƏR HƏVƏSLİSİNİZ

Təcrübəsizliyin verdiyi həyəcan və gənclik coşğusu, iş üçün olduqca önəmlidir. Təcrübəsiz bir işçi olaraq ilk dəfə qarşılaşdığınız bir vəziyyətin detallarını öyrənmək üçün olduqca həvəslisiniz. Bu təkcə sizin yeniliklərə hazır olduğunuz demək deyil, eyni zamanda qarşınıza çıxan maneələri dəf etmək istədiyinizi göstərir.