Minimalizm ilə necə qənaət edə bilərsiniz?


Digərləri 21 İyl 2019 21:45:00 235 0

Minimalizm ilə necə qənaət edə bilərsiniz?

Daha çox moda və dekorasiya sahələrində önə çıxan minimalizm trendi qənaət etmək istəyən insanları daha da ilhamlandırır.

Vloqer Kanna Kempbel "less is more", yəni "az əslində çoxdur" devizi ilə yola çıxaraq təkcə 13 ay ərzində 25 000 ABŞ dolları qənaət etməyi bacarmışdır. Kempbel deyir ki, pul yığa bilmək üçün yüksək aylıq gəlirin olması şərt deyil.

Yüksək aylıq gəlirimiz yoxdursa və ay sonunu güclə gətirdiyimiz bir dövrdə necə pul yığa bilərik ki?

Son.az gencaile.az-a istinadən bildirir ki, 4 yaşında bir oğlu olan Kempbel işə əvvəlcə minimalist fəlsəfəni həyatına tətbiq edərək başlamışdır. Günümüzdə mebeldən tutmuş geyimə qədər bir çox əşyaları ikinci əl əşyaların satıldığı mağazalardan, tətbiqlərdən almaq olar. Beləliklə, siz israfdan canınızı qurtarıb, pula da qənaət etmiş olacaqsınız. Aylıq məsrəflərə baxdıqda, qida xərclərinin çəkisinin yüksək olduğunu görürük. Evin mətbəx xərclərindən başqa, ofisdə yeməyə çəkdiyiniz xərclərə də diqqət etmək lazımdır. Evdən işə yemək aparmaqla, bu xərcləri əhəmiyyətli dərəcədə azaltmış olacaqsınız.

ƏLAVƏ QAZANC YOLLARI

Evdəki fəaliyyətlərinizi çoxaldaraq əlavə gəlir mənbələri formalaşdıra bilərsiniz. Bijüteriya dizaynı və əl işi çantalar son günlərin ən məşhur hobbiləri olmaqla yanaşı, həm də yaxşı qazanc mənbəyidir.