36 yaşdan yuxarı olan namizədləri işə götürməyən şirkətlər nə itirirlər?


Digərləri 21 İyl 2019 21:20:00 230 0

36 yaşdan yuxarı olan namizədləri işə götürməyən şirkətlər nə itirirlər?

Qərb şirkətlərinin çox hissəsi 25-36 yaş aralığına daxil olan namizədlərə üstünlük verir. Bunlara Verizon, Amazon, Goldman Sachs, Target və Facebook-un özü daxildir. Gənc idarəçilərə üstünlük verən şirkətlər nə itirilər?

Son.az banker.az-a istinadən bildirir ki, müasir dövrdə ideyanın yaranması ilə realizəsi arasında cəmi bir neçə saat keçə bilər, bilik "tez xarab olan" əmtəə çevrilib - biznes ya bu tempə uyğunlaşır, ya da bazarı tərk edir. Belə bir şəraitdə şirkətlər daha çox gənc idarəçilərə üstünlük verirlər, çünki adətən onlar şəraitə daha tez uyğunlaşa bilirlər. Lakin, işçi heyətinin "cavanlaşdırılması", müəssisəni destabilizasiya edə bilər. Müasir dövr yetkin yaşına çatmış CEO-lar üçün sınaq dövrüdür - onlar vərdiş etdiyi konsepsiyalardan imtina etməli və dəyişiklərə uyğunlaşmalı olurlar.

Köhnə qvardiya

Bu gün yaşlı idarəçilər - 60 yaşı ötənlər - adətən səhiyyə, kənd təsərrüfatı, ağır sənaye, yanacaq energetikası və qaz sektorunda rast gəlinirlər. Bu insanlar öz karyerasına gənc yaşlarından başlayaraq, yüksək vəzifəyə çatmaqda müvəffəq ola biliblər. Təbii ki, belə bir mütəxəssis bütün daxili prosesləri bilir və onun təcrübəsi sənaye müəssisələrində xüsusilə vacibdir. Əslində, Qərbdə təcrübəli CEO-larla vidalaşmağa tələsmirlər - "Skolkovo" biznes məktəbinin keçirdiyi tədqiqatın nəticələrinə görə, Qərb yarımkürəsində top-menecerlər müqayisədə adətən 5-10 yaş böyük olurlar. Məsələn, Merck & Co - dərman istehsal edən şirkətdir, qərargahı ABŞ-da yerləşir. Merck & Co-da siz 65 yaşdan sonra da çalışa bilərsiniz, belə ki, şirkətin CEO-su Kenneth Fraser, vəzifəsini hələ də tərk etməyib. American International Group-un rəhbəri Brian Duperreault, bu vəzifəyə 72 yaşında gəlmişdir, General Electric şirkətinin başında isə 63 yaşlı Jeffrey Immelt durur.

Information Technology & Innovation Foundation qeyri-kommersiya təşkilatının tədqiqatçılarının keçirdiyi sorğu nəticələrinə görə, amerikalı yenilikçinin yaşı orta hesabla 47-dir.

Max Planck İnstitutunun insanın inkişafı üzrə keçirdiyi Cogito Study tədqiqatının nəticələrinə görə, 65-80 yaş aralığında olan insanlar yeni informasiyanı daha tez yadda saxlaya bilir və daha sabit nəticələr nümayiş etdirirlər. Müəlliflər qeyd edirlər ki, yetkin yaşına çatmış işçilər nisbətən daha məhsuldar və etibarlı olurlar. Məsələ ondadır ki, gənclər rutin işlərdən daha tez yorulurlar və diqqətini bir məsələnin həlli üzərində cəmləşdirə bilmirlər.

Qeyri-bərabər şanslar

Hired rekrutinq şirkətinin məlumatlarına əsasən, texnoloji şirkətlərin əməkdaşları arasında yaş kriteriyası olduqca önəmlidir. Belə ki, 45 yaşdan sonra əmək haqqı azalır və işçilər ayrı-seçkiliyə məruz qalırlar. AARP-nın (ABŞ-da yetkin yaşına çatmış insanların hüquqlarını müdafiə edən təşkilat) keçirdiyi sorğu nəticələrinə görə, texnoloji şirkətlərin əməkdaşlarının 2/3 hissəsi ya ayrı-seçkiliyə məruz qalıblar, ya da belə halların şahidi olublar.

Ötən ilin yanvar ayında bütün KİV-lər Hewlett Packard şirkətində kadr dəyişikliyi barədə danışırdı. Məsələ məhkəmə prosesinə qədər gəlib çatdı. İddiada deyilirdi ki, şirkət yaşlı işçiləri işdən azad edərək, onların yerinə gənc mütəxəssisləri işə götürür. Zərərçəkənlərin fikrincə, belə bir tendensiya şirkət daxilində artıq adət halına çevrilib. Sərmayəçilər və sahibkarlar başa düşürlər ki, bu gün qarşıya qoyulmuş planka sabah aktuallığını itirir və keyfiyyətli sıçrayış üçün şirkətdə gənc mütəxəssislərin sayını artırmaq lazımdır. 2017-ci ildə The New York Times qəzetinin qalmaqallı tədqiqatının nəticələrinə görə, Qərb şirkətlərinin bir hissəsi 25-36 yaş aralığına daxil olan mütəxəssislərə üstünlük verirlər və bu kateqoriyaya daxil olmayan insanlar üçün mövcud vakant yerləri "görünməz" edirlər. Belə şirkətlərə Verizon, Amazon, Goldman Sachs, Target və Facebook-un özü daxildir.

Gənc və təcrübəsiz