“Google Assistant” bizə qulaq asır?:


Digərləri 21 İyl 2019 21:05:00 253 0

“Google Assistant” bizə qulaq asır?:

"Amazon"un səsli assistant "Alexa"nın istifadəçilərə icazəsiz qulaq asdığının ortaya çıxmasından sonra, "Google"un da danışılanlara "qulaq yoldaşı" olduğu məlum olub.

Son.az facemark.az-a istinadən bildirir ki, Hollandiyanın yayım təşkilatı VRT NWS tərəfindən hazırlanan hesabata görə, "Google Assistant" istifadəçilərin səslərini gizlicə qeyd edib və bunların bir çoxuna "Google" işçiləri qulaq asıb.

Firmanın sözçüsü isə məsələ ilə bağlı deyib ki, müstəqil podratçıların "Google Assistant" tərəfindən qeydə alınan səslərə əlçatanlıq icazəsi var, amma bu süni zəka texnologiyalarının inkişafı ilə bağlıdır.

Nümayəndə "Business Insider" etdiyi açıqlamada, dil mütəxəssisləri olan bu podratçıların səs yazmaların sadəcə 0,2%, kiçik bir qismini kopya etdiklərini deyib. Sözçü fərqli dil və aksentlərə sahib istifadəçilərin göstərişlərini daha yaxşı anlamaq və daha yaxşı səsli xidmət təklif etmək üçün bunun önəmli olduğunu bildirib.