Gəlinlər və qayınanalar birbiriləri ilə necə davranmalıdırlar?


Digərləri 21 İyl 2019 20:55:00 256 0

Gəlinlər və qayınanalar birbiriləri ilə necə davranmalıdırlar?

Başlıqdakı bu sözlərlə demək olar ki, bütün gəlin və qayınanalar bir-birilərinə müraciət edirlər. Ancaq bunu səmimiyyətlə ifadə edən nə qədər gəlin və ya qayınana var? Elə isə gəlinlər və qayınanalar bir-biriləri ilə necə davranmalıdırlar?

Son.az gencaile.az-a istinadən bildirir ki, gəlin bu sualın cavabını bir yerdə axtarmağa çalışaq...

qaynana-gelin

Gəlinlər necə davranmalıdırlar?

* Qayınananızı ananızdan ayırmayın. Ananızla mübahisə etdikdən sonra onun könlünü necə alırsınızsa, qayınananızın da könlünü elə alın.

* Onun pis hərəkətlərini görməməzliyə vurun, yaxşı hərəkətlərini isə hamıya danışın.

* Qayınananıza sevginizi ifadə etməkdən çəkinməyin.

* Özünüzün də bir gün qayınana olacağınızı unutmayın.

* Aradakı nəsil fərqini nəzərə alaraq anlaşılmazlıqları səmimi qarşılamağa çalışın.

* Bayramlarda, əlamətdar günlərdä qayınananızı ziyarət edin, əgər bu mümkün deyilsə, zəng edin.

* Həyat yoldaşınızın ata-anasını tez-tez görməsindən narahat olmayın. Unutmayın ki, siz də ananızı o qədər sevirsiniz.

QAYNANA