Bakı Avropa Gənclər Yay Olimpiya Festivalı öncəsi (FOTOREPORTAJ)


Digərləri 21 İyl 2019 20:35:00 189 0

Bakı Avropa Gənclər Yay Olimpiya Festivalı öncəsi (FOTOREPORTAJ)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışının keçiriləcəyi “Baku Crystal Hall”a tamaşaçıların axını müşahidə olunub

Bakı. Bu gün Bakıda əsl bayram əhval-ruhiyyəsi yaşanır. Trend-in məlumatına görə, XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışının keçiriləcəyi "Baku Crystal Hall"un qarşısında isə tamaşaçı izdihamı var. Qeyd edək ki, yulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.