“Şirməmməd Hüseynov mükafatı” təsis edildi


Digərləri 21 İyl 2019 20:12:00 213 0

“Şirməmməd Hüseynov mükafatı” təsis edildi

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub.

Müzakirələrdə Şirməmməd Hüseynovun vəfatı mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirilib. Toplantının sonunda "Şirməmməd Hüseynov mükafatı"nın təsis edilməsi barədə qərar qəbul olunub.

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.