Gəlinlik alarkən nəzərə alınmalı məqamlar


Digərləri 21 İyl 2019 19:45:00 346 0

Gəlinlik alarkən nəzərə alınmalı məqamlar

- İlk öncə bədən xətlərini nəzərə alaraq gəlinlik geyinmək istəyirsinizsə, araşdırma aparmalısınız. Mağazalara, internet saytlarına və ya jurnalları oxuyaraq bədənizə uyğun gəlin formasını öyrənməlisiniz.

- Gəlinlik modelləri haqqında məlumat alıb, tərzə uyğun modelləri araşdırdıqdan sonra alış-verişə gecikməyin. Məşqlər düşündüyünüz qədər qısa çəkmir. Gəlinliyiniz hazır olduqda bəyənmədiyiniz detalları dəyişdirə bilərsiniz.

-  Gəlin modellərini yoxlamaq üçün girdiyiniz bir mağazada ilk əvvəl ucuz olandan başlamalısınız. Son.az gencaile.az-a istinadən bildirir ki, əgər uyğun qiymətli gəlinliklərdə istədiyinizi tapa bilmədinizsə, bahalı olanlara baxa bilərsiniz.- Gəlinlik seçməyə gedəndə, bundan başı çıxan insanlarla gedin. Yanınızdakı adam sizə qərar verməyə kömək etməlidir.

- Gəlinlik modelləri seçərkən parçasına və bədən tipinizə uyğun olub olmadığına diqqət etməlisiniz. İpək parçalı gəlinliklər artıq çəkili görünməyinizə səbəb ola bilir. Bu halda tək etməli olduğunuz həll yoxlamaqdır.