Rusiyalı milyarderə məxsus olan supermarketdən yeni addım


Digərləri 21 İyl 2019 19:50:00 221 0

Rusiyalı milyarderə məxsus olan supermarketdən yeni addım

"Diksi" mağazanın yeni formatını yoxlayır.

Son.az facemark.az-a istinadən bildirir ki, riteyler Moskvada Novorijski küçəsində yeni formatda mağaza açır, mətbuat xidmətinin məlumatında deyilir.

Şirkət gələcək planları haqqında danışmayıb, amma deyiblər ki, mağaza yeni lövhənin altında və yeni konsepsiyanın elementləri ilə birlikdə açılacaq.

"Diksi"nin nümayəndəsi Vadim Makarenko isə açıqlamasında deyib ki, "Biz bu mağazada bir çox ideyanın reallaşmasını planlaşdırırıq. Ən uğurlu ideyalar şirkətin bütün mağazalar şəbəkəsində tətbiq ediləcək", - deyə o, sözlərinə əlavə edib.

Yenilənmiş mağazada promoaksiya üzrə olan bütün məhsullar onlar üçün ayrılmış xüsusi yerdə yerləşəcək. Eləcə də mağazada tərəvəz, meyvə, çörək, süd məhsullarının satıldığı yerdə ayrıca olacaq.

Şirkətin mətbuat xidmətindən, həmçinin deyiblər ki, supermarketə məhsulların daxil olması istehlakçıların tələbləri ilə birbaşa bağlı olacaq.