İnvestisiya dahisindən


Digərləri 21 İyl 2019 19:25:00 220 0

İnvestisiya dahisindən

Son.az facemark.az-a istinadən investisiya dahisi Amerikalı investor, biznesmen Uorren Buffetin 10 qızıl tövsiyəsini təqdim edir.

1. Birinci qayda: Əsla pul itirmə, İkinci qayda: Birinci qaydanı unutma

2. Mükəmməl bir şirkətin səhmlərini yaxşı bir qiymətə almaq, yaxşı bir şirkətin səhmlərini mükəmməl qiymətə almaqdan yaxşıdır.

3. Bizim investisiyalarımız dəyişiklik yoxluğundan mənfəət əldə edər. Bir saqqız şirkətinə investisiya etdikdə, bu firmanın internetdəki inkişafdan təsir görməyəcəyini bilirik.

4. Səhm alan zaman, axmağın belə idarə edə biləcəyi qədər mükəmməl şirkətlərdən almağa çalışıram. Çünki, axırda axmağın biri o şirkətin başına gələcək.

5. Birjalara hər fürsətdə balıq kimi atlamağa ehtiyac yoxdur. Öz vaxtınızın gəlməsini gözləyə bilərsiniz.

6. Qiymət ödədiyiniz miqdardır. Dəyər isə onun qarşılığında nə aldığınızdır. Ya səhm alırsınız, ya corab fərqi yoxdur. Qiyməti düşən zaman keyfiyyətli məhsullar almağa çalışıram.