“Facebook” beş milyard dollarlıq cəriməni ödəyəcək?


Digərləri 21 İyl 2019 19:03:00 232 0

“Facebook” beş milyard dollarlıq cəriməni ödəyəcək?

Amerikanın Federal Ticarət Komissiyası (FTC) sosial paylaşım platforması "Facebook"u beş milyard dollar cərimə edib.

Son.az facemark.az-a istinadən bildirir ki, "The Wall Street Journal"ın yazdığına, əsasən cəriməyə səbəb FTC-nin hələ keçən il başladığı istintaqın nəticəsi ilə bağlı olub. Belə ki, Kommissiya məlumatların icazəsiz və qeyri-qanuni istifadəsinə görə, istintaqa başlamışdı.

Cərimənin 2 -yə qarşı 3 səslə qəbul edildiyi deyilib

Qərarın yekunlaşması üçün Ədalət Nazirliyinin də təsdiqi lazımdır, amma nazirlik tərəfindən bu araşdırmanın hansı vaxta qədər davam edəcəyi məlum deyil.

"Facebook" şirkəti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

2012-ci ildə "Google" 22 milyon dollar cərimə edilib. "Facebook"a edilən cərimənin miqdarı isə bu günə qədər texnologiya firmasına verilən ən yüksəyi olub.

Ötən il 56 milyard dollar gəlir əldə edən "Facebook"un bu il isə 69 milyard dollar civarında gəlir əldə etməsi proqnozlaşdırılır.

"Cambridge Analytica" qalmaqalı