Pul xərcləyərəkən hansı yaşda hansı səhvləri edirik?


Digərləri 21 İyl 2019 19:10:00 259 0

Pul xərcləyərəkən hansı yaşda hansı səhvləri edirik?

Hər yaşın öz gözəlliyi var. Hər yaşda insan fərqli təcrübələr yaşamaq, fərqli şeylər almaq istəyir. Bəs bunlardan hansı səhvdir? Gəlin, fərqli dövrlərdə edilən səhvləri araşdıraq:

GƏNCLİK İLLƏRİ

Son.az gencaile.az-a istinadən bildirir ki, gəzmək, dostlarla əylənmək üçün cibdəki bütün pulların xərcləndiyi və enerjimizin ən yüksək olduğu illər... Bu səbəblə də bu yaşda əlimizdə olan bütün pulları xərcləməyə meylli oluruq. Həmçinin yığım və ya təqaüd kimi məsələlərdə maraqlı olmuruq. Lakin bir neçə il sonra "lazımsız xərclər" mövzusu düşəndə "kaş ki" tez-tez istifadə edilir.

Dədə-babalarımız "dəmiri isti-isti döyərlər" deyiblər. Bu illərdə maliyyə savadlılığı ilə əlaqədar maariflənsəniz, ondan bütün ömrünüz boyu maliyyə cəhətdən azad bir fərd ola bilərsiniz. Cavanlığın ən böyük səhvi plansız xərclər və yığım məsələsinə yeterincə diqqət ayırmamaqdır. Bu səbəblə də, yaxşı gələcək üçün pulunuzu planlı şəkildə xərcləyə və gündə bir manat da olsa pul daxılına pul ata bilərsiniz.

ORTA YAŞ

Ev və maşın almaq kimi əhəmiyyətli iqtisadi qərarların alındığı illər... Həm bugünümüzü, həm də sabahımızı düşünməli oluruq. Əhəmiyyətli xərclər etmədən öncə büdcə ayırmaq və bütün məsrəflərinizi bir siyahıda toplamalısınız. Bu yaşlarda edilən ən böyük səhv isə potensialı nəzərə almadan böyük xərclər altına girmək olur.

Daha lüks maşın və ya ehtiyacınız olandan daha böyük bir ev almaq istəyirsiniz. Lakin bunu etmədən öncə maliyyə cəhətdən bunu qarşılaya bilib-bilməyəcəyiniz reallığını gözdən keçirməlisiniz. Əks halda iş həyatınızda effektiv olduğunuz bu illər təqaüdə çıxdığınız illərə mənfi təsir göstərəcək.