Qum qasırğası bu ölkəni cənginə alıb


Dünya 21 İyl 2019 18:33:00 384 0

Qum qasırğası bu ölkəni cənginə alıb

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib.

Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.