İranda qum qasırğası 13 kəndin yolunu bağladı


Digərləri 21 İyl 2019 18:27:00 180 0

İranda qum qasırğası 13 kəndin yolunu bağladı

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib. Trend-in məlumatına görə, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib. Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib. Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.