Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 62yə çatıb


Digərləri 21 İyl 2019 16:33:00 234 0

Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 62yə çatıb

Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, güclü yağışların səbəb olduğu daşqınlarda 62 nəfər həlak olub. Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, 5,7 milyona yaxın insan daşqınlar zonasındadır. Daşqınların daha intensiv olduğu ərazilərdən 151 mindən artıq insan təxliyə edilib.