"Twitter" İran KİVlərinin hesablarını dondurur


Dünya 21 İyl 2019 16:19:00 239 0

"Twitter" İran KİVlərinin hesablarını dondurur

"Twitter" sosial şəbəkəsi İranın bir neçə kütləvi informasiya vasitəsinin, o cümlədən "İRNA", "YJC" və "Mehr" informasiya agentliklərinin hesablarını dondurub.

Son.az Trend-ə istinadən bildirir ki, fars dilli hesabların dondurulması prosesi davam edir.

İranın Britaniyanın Hörmüz boğazında neft tankerini saxlamasından sonra, "Twitter"də İranın qurumlarına aid hesablar dondurulmağa başlayıb.

Məsələ ilə əlaqədar İranın Gənc Jurnalistlər Klubunun (YJC) direktoru Abbas Hünərmənd bildirib ki, "Twitter"də hesabın dondurulması ilə əlaqədar bu şəbəkəyə məktub ünvanlanıb və onlar məsələni araşdıracaqlarını bildiriblər.

A.Hünərmənd bunun 3-5 gün davam edə biləcəyini deyib: "Ehtimal olunur ki, İranın Britaniyanın neft tankerini saxlaması ardınca bu hadisə baş verib".