Məşhur aktyoru səhnədə bıçaqladılar


Dünya 21 İyl 2019 16:05:00 221 0

Məşhur aktyoru səhnədə bıçaqladılar

Honq-Konqlu aktyor və prodüser Simon Yam Çində tədbirlərin birində səhnədə çıxış edərkən bıçaqlanıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Zhonqşan şəhərində yaşanıb. Tamaşaçılardan biri qəfil səhnəyə atılaraq aktyorun mədəsinə və qoluna bıçxaq zərbələri endirib. Xəstəzanaya aparılan Yamın həyatı üçün təhlükə olmadığı bildirilib. Bıçaqlı şəxs polis tərəfindən ələ keçirilib.

Qeyd edək ki, Simon Yam dünya izləyicisinə "Çılpaq qatil", "Şa Po Lanq", "Seçki", "Sürgün", "Oğrular" və başqa filmləri ilə tanışdır.