Ermənistanda hərbçi öldü


Dünya 21 İyl 2019 15:02:00 227 0

Ermənistanda hərbçi öldü

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.