Türk həkimdən uşaq ayaqqabıları ilə bağlı


Digərləri 21 İyl 2019 13:40:00 320 0

Türk həkimdən uşaq ayaqqabıları ilə bağlı

Eyni ayaqqabını hər gün geyinmək uşaqların sağlamlığına ziyandır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyəli ortoped, travmatoloq Səlim Muğrabi bu fikirdədir. Onun fikrincə, hər bir məktəblinin azı iki ayaqqabısı olmalıdır:

"Çünki eyni ayaqqabının hər gün geyinilməsi doğru deyil. Bu hal ayaqda havasızlıq yaradır və bu zaman ayaqqabının içində bakteriyaların çoxalması baş verir. Eyni zamanda ayaqlar şişir və bəzi ayaq problemlərinə yol açır.

Həmçinin uşağa ayaqqabı seçərkən diqqətli olmaq lazımdır. Ayaqqabı yerlə bir olmamalı və topuq hissəsi böyük olmalıdır".