"Maykrosoft"dan şok oğurluq:


Digərləri 21 İyl 2019 13:46:00 230 0

"Maykrosoft"dan şok oğurluq:

Vladimir Kvaşuk adlı Ukrayna vətəndaşının "Maykrosoft" şirkətindən 10 milyon dollardan çox pul oğurladığı üzə çıxıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, şirkətin elektron satış mağazasının test eksperti kimi çalışan 25 yaşındakı Kvaşukun "Maykrosoft"un hədiyyə kartlarını alaraq üçüncü şəxslərə satdığı bəlli olub.

Ekspert kimi çalışan şəxsin bu üsulla 10 milyon dollardan çox gəlir əldə etdiyi müəyyənləşib.

Vaşinqton əyalət prokurorluğundan verilən açıqlamada ukraynalı vətəndaşın dələduzluq yolu ilə şəxsi bank hesabına 2.8 milyon dollar pul köçürdüyü və lüks həyat sürdüyü bildirilib: