Siqaret kötükləri təbiəti məhv edir və...


Digərləri 21 İyl 2019 12:16:00 253 0

Siqaret kötükləri təbiəti məhv edir və...

Siqaret kötükləri bəlkə də şəhər küçələrində ən geniş yayılan plastik tullantıdır. Siqaret kötüklərinin ətraf mühitə, xüsusən də torpağa, bitkilərin böyüməsinə və inkişafına təsiri barədə Böyük Britaniya alimlərinin yeni tədqiqatında bəhs olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, statistikaya görə, dünyada il ərzində 5,6 trilyon siqaret çəkilir. Siqaret kötüklərinin üçdə ikisi - təxminən 4,5 trilyonu zibil qutularından kənara atılır.

Aparılan sorğulara əsasən, siqaretçəkənlərin əksəriyyəti siqaretin tərkibində plastikin olmadığını ehtimal etmirlər. Belə ki, siqaret filtrlərinin böyük hissəsi asetilsellüloza liflərindən - bioplastik növündən hazırlanır.

Filtrin tərkib hissəsi olan asetat sellüloza 1,5 ildən onilliklərə qədər olan dövrdə parçalanır, həmin vaxtda ərzində də alimlərin qeyd etdiyi kimi, ətraf mühitə xeyli zərər vurur, xüsusən bitkilərin normal inkişafına mane olur.

Anqliya Raskin Universitetindən olan alimlərin apardıqları tədqiqatların nəticələrinə görə, siqaret kötüklərinin torpaqda mövcudluğu yoncanın inkişafını 27 faiz ləngidir. Bundan başqa, bu bitkinin hündürlüyü siqaret kötükləri ucbatından təmiz torpaqda bitən yoncaya nisbətən 28 faiz alçaq olur. Ümumilikdə, otun inkişafı siqaret kötüklərinə görə 10 faiz aşağı düşür, bitki boyatmada 13 faiz inkişafdan qalır.

Alimlərin göstəricilərinə görə, istifadə olunmayan siqaret filtrləri də, çəkilmiş siqaret kötükləri kimi bitkilərə ölümcül təsir göstərir. Bu tədqiqatda alimlər tütünün yanması nəticəsində ayrılan toksinlərin təsirini nəzərə almayıblar.