XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb - Nazir
Digərləri 21 İyl 2019 11:59:00 211 0
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb
Bakı. Elçin Mehdiyev –
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, açılış mərasimi üçün biletlər tamamilə satılıb. A.Rəhimov qeyd edib ki, yarışa maraq böyükdür. Onun sözlərinə görə, hətta bəzi arenalarda otaracaqların sayı bilet istəyənlərin sayından azdır.
Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir: "O pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir".
Mənbə: az.trend.az