Qadınla kişini birbirinə bağlayan 8 SİRLİ ƏLAQƏ:


Digərləri 21 İyl 2019 11:34:00 302 0

Qadınla kişini birbirinə bağlayan 8 SİRLİ ƏLAQƏ:

Əvvəlki həyatda bir-birini tanıyan kişi-qadın münasibətlərinə adatən karmik əlaqələr deyirlər. Bununla belə keçmişdə bu münasibətlərin uğurla inkişaf edib-etməməsinin əhəmiyyəti yoxdur. Ola bilsin ki, bu insanlar ayrılıb və bir-birlərini bağışlamayıb... Odur ki, bu amil növbəti həyatlarında onları bir-birinə bir maqnit kimi çəkir. Onlara həmişəlik izdivac bağlamaq üçün daha bir şans verilir.

Son.az Publika.az-a istinadən oxucuları qadın və kişi münasibətləri arasında karmik əlaqələr olduğunu göstərən 8 əlamətlə tanış edib.

1. Sanki 10 ildir bir-birinizi tanıyırsınız

Bu yaxınlarda tanış olsanız da, sanki 100 ildir bir-birinizi tanıyırsınız, qarşılıqlı doğmalıq hiss edirsiniz. Mümkündür ki, siz keçmiş həyatınızda yaxın olmusunuz və köhnə səhvləri düzəldib qovuşamaq üçün sizə daha bir şans verilir.

2. Ortaq heç nəyiniz yoxdur

Göründüyü kimi çox az ortaq cəhətləriniz var - müxtəlif hobbi, dini inanc və ya böyük yaş fərqi olsa da, bu, münasibətlərə mane olmur və sizi bir-birinizə cəlb edən gizli nə isə var.

3. Güclü cazibə

Aranızda o qədər güclü bağlılıq və şiddətli cazibə var ki, bir-birinizdən hətta bir neçə saatlıq ayrı qala bilmirsiniz. Bu duyğulara nəzarət etmək iqtidarında deyilsiniz, bir-birinizi görəndə bütün bədənə istilik gəlir.

4. Tez qurulan münasibətlər

Münasibətləriniz tez inkişaf edir. Bu zaman bir neçə aylıq tanışlıqlar evliliklə nəticələnir.

5. Qaynayan ehtiras

Münasibətləriniz daha çox Braziliya seriallarına oxşayır. Tez-tez mübahisə edib ayrılsanız da, tez barışırsınız. Birdəfəlik ayrıla bilmirsiniz. Tale sizi təkrar-təkrar qarşılaşdırır.