Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu


Kriminal 21 İyl 2019 10:40:00 420 0

Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu

Yevlax rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Simran Talışlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Yevlax rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Simran Talışlı yetkinlik yaşına çatmayan Samirə Vəliyeva ilə ailə qurub.

Toy mərasimi keçiriləndən sonra Simran Talışlı Samirə ilə cinsi əlaqədə olub. Simran Talışlı cinsi əlaqədə olan zaman Samirə Vəliyevanın 16 yaşlı tamam olmayıb.

Bu da qanunla nəzərdə tutulmuş qaydada cinayət hesab olunub.

Simran Talışlının 16 yaşına çatmayan qızla ailə qurduğu, sonra onunla cinsi əlaqədə olması barədə Yevlax rayon polis şöbəsinə məlumat verilib.

Polisdə aparılan araşdırma zamanı Simran Talışlının əməlində cinayət tərkibi olduğu üzə çıxıb və o, həbs edilib.

İstintaq orqanı tərəfindən Simran Talışlının barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.