ABŞın dövlət katibi Türkiyənin "S400" məsələsindən danışdı


Dünya 21 İyl 2019 09:49:00 237 0

ABŞın dövlət katibi Türkiyənin "S400" məsələsindən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, onlar Rusiyanın Ankaraya S-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.

Mayk Pompeo Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.

"Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib", - məlumatda qeyd edilir.