Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi


Digərləri 21 İyl 2019 09:09:00 280 0

Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi

"Miss İngiltərə" gözəllik müsabiqəsinin iştirakçısı müsəlman Ayşa Han çimərlik geyimi ilə jürini heyrətləndirib. Bu barədə "The Sun" yazır.

Son.az Oxu.az-a istinadən bildirir ki, Han yarışda iştirak üçün aparılan seçim mərhələsində bikini geyinməmək, bunun əvəzinə isə hidrokostyumda şəkillər çəkdirmək qərarına gəlib. Lakin bu, ona finalçıların iyirmiliyinə düşməyə mane olmayıb.

Hanın sözlərinə əsasən, o, hidrokostyumu dini əqidələrə görə deyil, sadəcə çox açıq geyimlərdə özünü rahat hiss etmədiyi üçün seçib.

"Mən bütün yarış boyu öz mənəvi dəyərlərimə sadiq qalmağımla fəxr edirəm", -deyə Han bildirib.

Onun hidrokostyum geyinmək qərarını bir çox qızlar, əsasən də gənc müsəlman xanımlar dəstəkləyiblər.   Han bu il "Miss Lankaşir" olub ki, bu da ona milli səviyyədə gözəllik müsabiqəsinə qatılmağa imkan verib.


Xəbərə aid fotolar