XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL


Digərləri 21 İyl 2019 08:00:00 213 0

XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL

Yarışların ilk günü iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub.

Bakı. Elçin Mehdiyev - Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda daha bir mötəbər yarış – XV Avropa Gənclər Olimpiya Festivalı başlayır. Trend-in məlumatına görə, bu gün saat 09:00-da oyunlara start verilir. Yarışların ilk günü iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub. İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq. Tennis (fərdi oyunlar) 09:00 – 17:00 Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov. Güləş üzrə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq. Güləş (ilkin mərhələ) 10:30 – 13:30