Yeni Zelandiyada zəlzələ baş verib


Digərləri 21 İyl 2019 06:34:02 231 0

Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların episentri Lesperance Rock adasından 79 şimal-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.