Teymur Rəcəbov Daniel Fridmanla heç-heçə edib


Digərləri 21 İyl 2019 05:37:26 224 0

Teymur Rəcəbov Daniel Fridmanla heç-heçə edib

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin altıncı turunun oyunları keçirilib

Bakı. Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin altıncı turunun oyunları keçirilib. Trend xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovun almaniyalı Daniel Fridmanla qarşılaşması heç-heçə ilə nəticələnib. Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var. Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.