Tovuzda yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 21 İyl 2019 05:00:00 207 0

Tovuzda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 19-da saat 22 radələrində Tovuz şəhərinin ərazisində şəhər sakini A.Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qədirli kənd sakini Məhəmməd Həsənovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.