ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib


Digərləri 21 İyl 2019 01:16:55 219 0

ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub

Bakı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub. Trend-in məlumatına görə, onlar Rusiyanın Ankaraya S-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər. Mayk Pompeo Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib. "Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib", - məlumatda qeyd edilir.