Qurd xəstəliyi


Digərləri 20 İyl 2019 23:50:00 462 0

Qurd xəstəliyi

Bu parazitar xəstəlik insanlar arasında geniş yayılmıdır.Parazitin bədəni tükəbənzər baş hissədən və nisbətən quyruq hissədən ibarət olduğuna görə ona tükbaş qurd deyilir.Dişi qurd gün ərzində bir neçə min yumurta qoyur.Xəstəliyin mənbəyi parazitə yoluxmuş insandır.Parazitlər insan orqanizminə ərzaq məhsulları,göyərtilər,meyvə-tərəvəz,su və kirli əllər vasitəsilə yoluxur.Yoluxma ən çox yaz-yay aylarında baş verir və ən çox uşaqlar arasında rast gəlinir. Son.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyi parazitin yumurtaları əmələ gətirir.Parazit bağırsaq xovları arasında yaşayır,sonra isə yoğun bağırsağa keçir və baş hissəsini bağırsağın divarına yapışdırır.Parazit bağırsağa düşdüyü andan 1-2 ay ərzində xəstədə minlərlə parazit tapılır.Tükbaş qurd kor bağırsaqda,nazik bağırsaqda və yoğun bağırsaqda 5-6 il yaşaya bilir və bu müddətdə əlamətlərini biruzə verir.Tükbaş qurd orqanizmdə ən çox aşağıdakı bağırsaq əlamətləri ilə müşahidə edilir: - kolit - appendisit - tiflithttp://immunitet.az/uploads/posts/2017-01/1485026214_bigstock-coli-bacteria-1490456.jpg - proktisiqmoidit Xəstəliyin kliniki mənzərəsi parazitin sayından və orqanizmin reaktivliyindən asılıdır.Orqanizmdə parazitin miqdarı az olduqda xəstəlik kliniki əlamətlər vermir.Trixosefaloz aşağıdakı əlamətlərlə özünü biruzə verir: - kefsizlik - yorğunluq - iştahanın azalması və ya artması - ağızın sulanması - ürəkbulanma - qarında ağrılar - bəzən qəbizlik və ya ishal Diaqnoz nəcisdə qurd yumurtalarının tapılması ilə qoyulur. Müalicə difezil,mebendazol,naftomonla aparılır.Dərman acqarına 5 gün ərzində verilir.Müalicə uzunmüddəti aparılır və müalicə zamanı gigiyena qaydalarına əməl edilir. Son.az