Rotor sindromu


Digərləri 20 İyl 2019 23:25:00 314 0

Rotor sindromu

Rotor sindromu birləşmiş hiperbilirubinemiyanın digər növü olub klinikasına görə Dubin-Conson sindromuna bənzəyir.  Bu sindrom 1948-ci ildə Arturo Rotor və həmmüəllifləri tərfindən təsvir edilmişdir və onun şərəfinə Rotor sindromu adlandırılır. Rotor sindromu zamanı Dubin-Conson sindromundan fərqli olaraq qaraciyərdə qranulyar piqmentin toplanması və qaraciyərın rənginin tündləşməsi baş vermir.

Rotor sindromu zamanı da birləşmiş bilirubinin ekskresiya olunması mexanizmində defekt qeyd olunur və nətəcədə birləşmiş bilirubinin qanda miqdarı artmış olur. Rotor sindromu zamanı bilirubinin qana reabsorbsiyasında və sidiklə xaric olunmasında da çatışmazlıq qeyd olunur.

Əlamətləri

Rotor sindromun aşağıdakı əlamətləri qeyd edilə bilər:

- Xroniki sarılıq

- Qarınüstü nahiyədə arabir diskomfort və ağrılar

- Epizodik olaraq bədən hərarətinin yüksəlməsi

Səbəb

Rotor sindromu anadangəlmə genetik patologiya hesab edilir. Bu sindromun əmələ gəlməsində rolu olan konkret genlər müəyyən edilməmişdir.