Sabunçuda 28 yaşlı oğlan bıçaqlandı


Digərləri 20 İyl 2019 23:17:00 317 0

Sabunçuda 28 yaşlı oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonun Pirşağı qəsəbəsində 1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.