Belə yeyin və arıqlayın!


Digərləri 20 İyl 2019 22:40:00 249 0

Belə yeyin və arıqlayın!

Səhər yeməyində süd məhsullarına, ələlxüsus da kəsmiyə geniş yer verilir. Kalsiumla zəngin olan bu məhsulun orqanizm üçün çoxsaylı faydası var.

Son.az e-tibb.az-a istinadən bildirir ki, amma son araşdırmalara görə, çəki itirmək və ya formada qalmaq istəyənlərə dietoloqlar məsləhət görürlər ki, kəsmik səhərlər deyil, günorta, axşam qəbul olunsun. Səhərlər yeyəndə  bu qidanın o qədər faydası olmur. Mütəxəssislərin fikrincə, axşam kəsmik yemək daha yaxşıdır. Belə ki, kəsmik axşamlar səngimiş maddələr mübadiləsini  sürətləndirir və bizim nəinki çəkimiz artmır, hətta bu, arıqlamağa kömək edir.

Bu zaman kəsmik yavaş həzm olunur və adətən səhər tezdən kəskin aclıq hissi olmur və adam az qida qəbul  edir.

Kəsmik yuxunun keyfiyyətini artırdığı üçün də axşamlar faydalıdır. Bu məhsul depressiya və yuxusuzluqla mükəmməl mübarizə aparan triptofanla zəngindir. Bu, narahatlıq hissini də aradan qaldırır.