Gözəl görünmək istəyənlərə


Digərləri 20 İyl 2019 22:25:00 248 0

Gözəl görünmək istəyənlərə

Yayda dəriyə qulluq Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir. Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.

Problemsiz dəri Məhsullar: Təzə nanə, duz Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin. Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

Quru dəri Məhsullar: Süd, duz, bal. Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.

Əllərdəki ləkələr Məhsullar: Limon suyu, zeytunyağı. Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın. Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.

Dırnaqlara qulluq Məhsullar: Lavanda yağı. Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.

Əl maskası Məhsullar: Zeytun yağı, bal. Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.

Saçlar Məhsullar: Yumurta sarısı, adaçayı yağı. Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.

Saç maskası Məhsullar: 2 yemək qaşığı bal, 1 ədəd limon İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.