Biznesdə gender disbalansı: kişilər qadınlardan


Digərləri 20 İyl 2019 22:11:00 211 0

Biznesdə gender disbalansı: kişilər qadınlardan

Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı kişilərdən dəfələrlə azdır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, AR Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1 iyul 2019-cu ilədək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 880 min nəfər fiziki şəxs kimi qeydiyyatdan keçib. Onların 78,4%-ni kişilər, 21,6%-ni isə qadınlar təşkil edir.

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə görə, ölkədə sahibkarların sayı il ərzində 65 min nəfər, yaxud 7,98% artıb.

Sahibkar xanımların sayı 15,308 min nəfər, yaxud 8,76% artaraq 190,133 minə çatıb. Eyni zamanda qadın sahibkarların sayının artım tempi kişi biznesmenlərin say artımını ötüb-keçib.

Qadın sahibkarlar əsasən öz bizneslərini kənd təsərrüfatı (32,4%) və ticarət (22,7%) sahəsində açırlar.