Yeni Chevrolet Corvette Stingray adını saxlayacaq


Digərləri 20 İyl 2019 22:01:00 201 0

Yeni Chevrolet Corvette Stingray adını saxlayacaq

Bildiyimiz kimi, iki gündən sonra Chevrolet şirkəti səkkizinci nəsil Corvette sportkarını təqdim edəcəkdir. Amerikan istehsalçısı modelin Corvette Stingray adı ilə debüt edəcəyini bildirib. Bu indeksdən 1953-1976-cı illərdə istifadə edilib.

Son.az autograph.az-a istinadən bildirir ki, ilk Corvette Stingray 1963-cü ildə debüt edib.  Həmin il Corvette modelinin ikinci nəsli işıq üzü görüb. 13 ildən sonra bu indeks yox olsa da, 2014-cü ildə amerikan istehsalçısı onu bərpa edib. Sportkarın yeddinci nəslindən sonra, səkkizinci nəsil də bu adı daşıyacaqdır. Çox güman ki, arasında hibrid versiyası olan Corvette modelinin daha güclü versiyaları isə, Z06 və ZR1 adlarını qoruyub saxlayacaqdırlar. Bununla belə, Zora adının da peyda olma ehtimalı var.