İran ətrafında vəziyyət gərginləşir, ABŞ qonşu ölkəyə qoşunlar göndərir


Dünya 20 İyl 2019 22:03:00 218 0

İran ətrafında vəziyyət gərginləşir, ABŞ qonşu ölkəyə qoşunlar göndərir

Səudiyyə Ərəbistanı kralı ölkədə ABŞ hərbçilərinin yerləşdirilməsinə icazə verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Birləşmiş Ştatlar Krallıq ərazisində təxminən 500 hərbçi yerləşdirmək niyyətindədir. Qoşunların yerləşdirilməsi regionda təhlükəsizliyi artırmalı və Vaşinqton və Ər-Riyad arasında əməkdaşlığı möhkəmləndirməlidir. Bu qərarın verilməsinə, həmçinin ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi də təsir edib.

Səudiyyə Ərəbistanı tərəfinin müsbət qərarından sonra Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Riçard Spenser bu ölkədə qoşunların yerləşdirilmısi qərarını təsdiqləyib.

Qeyd edək ki, ötən gün İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.