Əfqanıstanda hərbi əməliyyatlar: “Taliban” hərəkatının 18 üzvü öldürülüb


Dünya 20 İyl 2019 21:26:00 245 0

Əfqanıstanda hərbi əməliyyatlar: “Taliban” hərəkatının 18 üzvü öldürülüb

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda "Taliban" hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, koalisiya qüvvələri Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava zərbələri endiriblər.

Məlumata görə, əməliyyat zamanı 18 silahlı öldürülüb və yaralanıb. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb.