Avstraliya polisi yeni patrul avtomobilinə sahib olub FOTO
Digərləri 20 İyl 2019 21:01:00 254 0
"Bərkgedən" patrul avtomobillərinin təkcə Birləşmiş Ərəb Əmirliklərinin polis departmantində olduğunu güman edirsiniz isə, yanılırsınız. Avstraliyanın Viktoriya ştatının polis departamenti də "bərkgedən" avtomobilləri sevir. Belə avtomobillərin arasında Audi RS4 Avant, Mercedes-AMG GLE 63S Coupe kimi modellər də vardır.
Son.az autograph.az-a istinadən bildirir ki, bu günlərdə Viktoriya polisi yeni bir patrul avtomobilinə sahib olub. Avstraliyalı polismenlər avtobanlarda xidmət aparmaq üçün BMW M5 Competition sedannı əldə ediblər. 305 km/saat maksimal sürət həddinə malik olan sedan hazırda Avstraliyanın ən sürətli polis avtomobilidir.
BMW M5 Competition modeli 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 TwinTurbo mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tamçəkişli sedan 100 km/saat həddinə 3,3, 200 km/saat həddinə isə 10,8 saniyəyə sürətlənir.
Mənbə: milli.az