Yeni nəsil Porsche 911 Targa yolda görüntülənib VİDEO


Digərləri 20 İyl 2019 20:30:00 208 0

Yeni nəsil Porsche 911 Targa yolda görüntülənib  VİDEO

Bu günlərdə Mayamidə bir neçə yeni Porsche 911 sportkarını birlikdə çəkiblər. Əlbəttə ki, bir neçə sportkarın birlikdə olmasında qəribə bir iş yoxdur, lakin onlaradn birinin hələ debüt etməmiş Porsche 911 Targa modelinin olması işləri dəyişir. Videoçarxın müəllifi onları adi yolda işıqforda dayanarkən çəkib.

Son.az autograph.az-a istinadən bildirir ki, videoçarx qısa olsa da, müəyyən nəticələr çıxarmağa inman verib. Avtomobilin açılan tavanının kamuflyajsız olması onun açılıb-bağlanma prinsipinin dəyişilmədiyindən xəbər. Yeganə anlaşılmayan isə, arxa fənərlərin kamuflyajla örtülü olmasıdır. Görünən odur ki, işıq texnikasının standart Carrera-dan heç bir fərqi yoxdur. Qapıların formasında isə dəyişiklik vardır - əvvəlki yumru formalar yerini düzbucaqlı formalara verib.